
Şəffaf fasad sistemləri memarlıq obyektinə müasirlik və üslub qatır. Maksimal şüşə sahəsi sayəsində hətta ən iri və ağır konstruksiyalar belə yüngül və zərif görünür. Bu unikal yanaşma ilə binalar estetik gözəlliyi və funksionallığı bir arada təqdim edir.
Şüşə Fasadların Faydaları
ALUTECH profil sistemləri müxtəlif funksional məqsədlər üçün binaların fasadlarının şüşələnməsi üçün istifadə olunur: ticarət və biznes mərkəzləri, idman arenaları, otellər və banklar. Onların köməyi ilə müxtəlif mürəkkəblik dərəcələrində etibarlı, şık və vizual olaraq yüngül obyektlər həyata keçirilir.
Usuplu şirkəti Almaniyanın Belarusiyada yerləşən “ALUTECH” markasının Azərbaycanda rəsmi distibryutorudur. Bizimlə istənilən dizayn və strukturda Şəffaf Fasadlara nail ola bilərsiz.
Estetik Görünüş: Şəffaf fasad sistemləri binalara müasir və cəlbedici görünüş verir.
Təbii İşıqlandırma: Şəffaf fasadların istifadəsi ilə daxili məkanlar günəş işığından daha çox faydalanır.
Enerji Effektivliyi: Yüksək keyfiyyətli fasad konstruksiyaları istilik izolyasiyası ilə enerjiyə qənaət edir.
Futuristik Dizayn: Şüşə fasadların istifadəsi ilə futuristik və təkrarolunmaz memarlıq həlləri əldə olunur.
Çeviklik: Fərqli tələblərə uyğun fərdiləşdirilə bilən fasad sistemləri müasir tikililər üçün ideal seçimdir.
Şəffaf fasadların növləri
Şəffaf fasad sistemləri müasir memarlığın əsas elementlərindən biridir. Şüşə fasadların istifadəsi təkcə estetik görünüş yaratmaqla kifayətlənmir, həm də binaların funksionallığını artırır. Belə sistemlər binalara həm yüngüllük, həm də şəffaflıq əlavə edərək, iç məkanın təbii işıqla təmin olunmasını asanlaşdırır.
Klassik Şüşə Fasadlar ALT F50
Klassik şüşə fasad sistemləri olan ALT F50, maksimal şəffaflıq təmin edir və binaların müasir görünüşünü vurğulayır. Bu fasad konstruksiyası iri ölçülü şüşə panellərin, o cümlədən jumbo-şüşələrin istifadəsinə imkan yaradır. Bu xüsusiyyət sayəsində şüşə fasadların istifadəsi təkcə gözəllik yox, həm də davamlılıq və enerji effektivliyi təmin edir. Fasad pəncərələri konstruksiyanın ayrılmaz tərkib hissəssidir.


Struktur Fasadlar ALT F50 SG
Tamamilə şüşədən ibarət fasad konstruksiyaları istəyirsinizsə, ALT F50 SG ən uyğun seçimdir. Bu sistemdə xaricdən görünən alüminium profillər istifadə olunmur. Bu, binaya futuristik və təkrarolunmaz görünüş qazandırır. Belə fasad sistemləri xüsusilə müasir iş mərkəzləri və ticarət obyektləri üçün idealdır.


Yanğın Təhlükəsiz Fasadlar ALT F50 FR
Fasad sistemlərində təhlükəsizlik prioritetdirsə, ALT F50 FR sistemi ilə yanğına davamlı fasadlar yarada bilərsiniz. Bu sistem EI45 yanğın müqavimət sinfinə malikdir və həm xarici, həm də daxili fasad konstruksiyalarında tətbiq edilə bilər. Şüşə fasadların təhlükəsizlik standartlarına cavab verməsi, eyni zamanda estetik görünüşü qoruması onu müasir memarlığın ayrılmaz hissəsinə çevirir.


ALT F50 SSG struktur şüşələrinin imitasiyası
Fasadın xarici tərəfində, panellər şüşəyə sıx uyğun gələn gözə çarpmayan sıxma profillərindən istifadə edərək sabitlənir. Bu texnologiya kütləvi ikiqat şüşəli pəncərələrdən istifadə etməyə imkan verir.


Horizontal xətt tipli Şüşə Fasadlar ALT F50 HL
Klassik və struktur fasadların kombinasiyası olan ALT F50 HL, xüsusi dekorativ elementlər vasitəsilə binanın həcmini vizual olaraq artırır. Belə fasad konstruksiyası həm müasir görünüş, həm də funksionallıq təmin edir.


“İsti-soyuq” Fasadlar ALT F50 HC
Məkanlarına qənaətcil həllər axtaranlar üçün ALT F50 HC idealdır. Bu sistem iki hissədən – isti və soyuq bölmədən ibarət olub, şüşə fasadların ümumi dəyərini xeyli azaldır.


Kupol və Dam Sistemləri ALT SKL50
Memarlıqda qeyri-adi həllər üçün ALT SKL50 sistemi mürəkkəb dam konstruksiyalarının hazırlanmasını mümkün edir. Piyamidalardan tağlara qədər hər cür fasad konstruksiyası ilə binalar həm müasir, həm də rahat iç mühit yaradır.


Günəşdən Qorunma Sistemləri ALT SP50
Binaların passiv soyutma sistemlərində istifadə edilən ALT SP50 lamelləri, eyni zamanda dekorativ element kimi də funksionaldır. Günəş şüalarının birbaşa daxil olmasını məhdudlaşdıraraq daxili mühitin daha komfortlu olmasını təmin edir.


Fasad konstruksiyalarında təyinatı üzrə müxtəlif fasad pəncərələrindən istifadə olunur
Fasad pəncərələri, şəffaf fasad sistemlərinin mühüm elementlərindən biri olaraq, binaların daxili mühitində təbii havalandırmanı təmin etmək üçün nəzərdə tutulmuşdur. Müxtəlif növ şüşə paketlərinin istifadəsi müştərilərin estetik zövqlərinə tam uyğun həllər təklif etməyə imkan verir. Şüşə fasad pəncərələri, müasir fasad konstruksiyaları arasında həm enerji səmərəliliyi, həm funksionallıq, həm də estetik cəhətdən xüsusi əhəmiyyətə malikdir.
Usuplu Şirkəti ilə Hər Cür Şəffaf Fasadı Sifariş Verə Bilərsiniz
Usuplu şirkəti, şüşə fasadların istehsalı və quraşdırılması sahəsində geniş təcrübəyə malik bir liderdir. İstər müasir iş mərkəzləri, istər ticarət obyektləri, istərsə də yaşayış binaları üçün yüksək keyfiyyətli fasad sistemləri təqdim edirik.
Bizimlə əməkdaşlıq edərək, aşağıdakı üstünlüklərdən faydalana bilərsiniz:
- Memarlıq layihənizə uyğun tam fərdiləşdirilmiş şəffaf fasadların hazırlanması.
- Keyfiyyətli materiallardan istifadə ilə uzunmüddətli davamlılıq təminatı.
- İstənilən fasad konstruksiyasının – struktur, yanğın təhlükəsiz, günəşdən qoruyucu və s. – peşəkar quraşdırılması.
- Layihənin hər mərhələsində peşəkar dəstək və məsləhətlər.
Hər layihəyə fərdi yanaşaraq, sizin tələblərinizə və büdcənizə uyğun ən optimal həllər təklif edirik. Fasad sistemləri üzrə peşəkar xidmətlər üçün Usuplu şirkətinə müraciət edin və memarlıq layihənizin gözəlliyini tamamilə yeni səviyyəyə yüksəldin!
Daha ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın!