
avtomobildən düşmədən

avtomatik jalüz qapılar
Avtomatik qapıların açılma formaları
Avtomatik qaplar əsasən 5 formada açılıb bağlanılır. Obyektin formasından, girişin xüsusiyyətindən asılı olaraq hər hansı bir forma tətbiq oluna bilər. Sifariş zamanı qapı və ya darvaza quraşdırlacaq yerə (obyektə) baxış zamanı mütəxəssislərimiz sizə tövsiyələrini verəcəkdir. Doğru mexanizmin quraşdırılması qapı və darvazalarınızı daha uzun ömürlü edəcəkdir.

Seksional avtomatik qapıların açılma forması

Iki laylı yana açılan qaraj qapılarının açılma forması

Rulon tipli jaluz qaraj qapılarının açılma forması

Yana hərəkət edən sürgülü darvazaların açılma forması

X-RAY darvaza
Avtomatik qapılar həyatımızı rahatlaşdırır
Avtomatik qapılar – sadə, rahat, təhlükəsiz həllərdir. Bir çox binalarda, obyektlərdə qapıların avtomatik açılıb bağlanılmasına ehtiyac var. Supermarketlərdə, otellərdə və avtosalonlarda, eləcə də dövlət idarələrində və xəstəxanalarda bu qapılar cəlbedici görünüş yaradır. Komfort hissi yaradır və eyni zamanda fəaliyyəti təkmilləşdirərək insan əməyini yüngülləşdirir.
Avtomatik qapılar hər kəs üçün maneəsiz bir hərəkət zolağı yaradır. Xüsusən də pandemiya dönəmində çox sayda insanın toxunduğu qapı dəstəyinə heç kim toxunmaq istəmir. Qapının dəstəyini itələmək və ya çevirmək, qapını açmaq və sonra arxadan bağlamaq üçün çəkmək və ya itələmək bəzən bezdirici ola bilər. Xüsusilə də insanlar çox vaxt arxadan qapını bağlamağı unudurlar. Bəzi insanlar, məsələn, əlil arabası istifadəçiləri, uşaqlar, qocalar və əlillər qapını açıb bağlamağa çətinlik çəkirlər. Avtomatik qapıların təmin etdiyi binaya asan giriş insanların təqdir etdiyi və bəzən hətta gözlədiyi bir şeydir.
Hər formada qapı və darvazalar quraşdırırıq

Seksional qaraj qapısı

Seksional qaraj qapısı

Seksiyonal sənaye qapısı

Rulon tipli jaluz qaraj qapısı

Yana hərəkət edən sürgülü darvaza

Yana hərəkət edən sürgülü darvaza

Yana hərəkət edən sürgülü darvaza

Rulon tipli sürgülü jaluz qaraj qapısı

İki laylı darvaza

İki laylı darvaza

X-RAY darvaza

X-RAY darvaza
Piyada qapıları
Həyət və ya hər hansı məkan qapılarını tamamlayan piyada qapıları sadəcə dizaynı tamamlamaq üçün deyil. Piyada girişini sadələşdirmək və daha komfortlu etmək üçün vacibdir. Avtomatik bağlanma və kilidlər sayəsində təhlükəsiz qapıya malik olacaqsız.

Həyətə giriş qapısı

Həyətə giriş qapısı
Usuplu Şirkəti – Azərbaycanda Avtomatik Qapıların və Sistemlərin Lideri
Usuplu Şirkəti Haqqında
1996-cı ildən fəaliyyət göstərən Usuplu şirkəti, Azərbaycanda avtomatik qapilar və avtomatik darvazalar üzrə ən qabaqcıl şirkətlərdən biridir. İllərlə formalaşmış təcrübəsi və peşəkarlığı ilə Usuplu keyfiyyətli məhsullar və yüksək səviyyəli xidmət təqdim edir. Şirkət öz müştərilərinə qaraj qapilarından tutmuş böyük sənaye obyektlərinə qədər hər bir sahədə fərdi yanaşma və müasir texnologiyalara əsaslanan həllər təklif edir.
Məhsul və Xidmətlər
Usuplu geniş məhsul və xidmət çeşidi ilə fərqlənir. Satılan və quraşdırılan avadanlıqlar həm estetik baxımdan müasir, həm də funksionallıq baxımından üstün texnologiyalardır.
Jalüz Qapıları – Qaraj və Həyət qapıları
Qarajlar üçün müasir jaluz qapiları, həm funksionallıq, həm də təhlükəsizlik baxımından ideal seçimdir. Bu qapılar avtomatik idarəetmə sistemi ilə təchiz olunub və evinizə estetik görünüş qatır. Avtomatik jaluz qapilar qiymeti müştərinin tələblərinə və qapının ölçülərinə görə dəyişir. Jaluz qapılar təhlükəsizliklə yanaşı, davamlı materiallardan hazırlanır, bu da uzunmüddətli istifadəni təmin edir. Jalüz qapılar asan quraşdırılır və uzunömrülü olur.
Seksional Qaraj Qapıları
Seksional qaraj qapıları istənilən ölçüyə uyğunlaşdırıla bilən və müasir evlər üçün nəzərdə tutulmuş həllərdir. Bu qapılar səssiz işləmə mexanizmi, istilik izolyasiyası və rahat istifadəsi ilə fərqlənir. Qarajlar üçün avtomatik qapilar arasında ən populyar seçimlərdən biri olaraq, bu məhsullar müştərilərimiz arasında yüksək tələbə malikdir.
Seksional Sənaye Qapıları
Sənaye obyektləri üçün xüsusi olaraq hazırlanmış seksional sənaye qapıları, ağır yüklərə davamlı materiallardan hazırlanır. Onlar həm təhlükəsizlik, həm də sürətli iş axını üçün nəzərdə tutulub. Bu qapılar həm daxili, həm də xarici sənaye obyektləri üçün idealdır və avtomatik idarəetmə sistemi ilə təchiz olunur.
Sürgülü Darvazalar
Sürgülü darvazalar, geniş həyətlər və sənaye əraziləri üçün ideal bir seçimdir. Usuplu tərəfindən təklif olunan avtomatik darvazalar müasir texnologiyalarla təchiz edilmişdir. Bu darvazalar, həmçinin, quraşdırıldıqdan sonra yüksək performansı və minimal texniki xidməti ilə tanınır.
Sürətli PVC Qapılar
İstehsalat sahələri və anbarlar üçün nəzərdə tutulmuş sürətli PVC qapılar, iş prosesinin səmərəliliyini artırmaq üçün ideal seçimdir. Bu qapılar enerjiyə qənaət edir və sürətli açılıb-bağlanma funksiyasına malikdir.
Şlaqbaumlar və Baryer Sistemləri
Şlaqbaumlar və baryer sistemləri, avtomobil hərəkətini tənzimləmək və təhlükəsizliyi təmin etmək üçün mükəmməl həllərdir. Həm yaşayış kompleksləri, həm də sənaye obyektləri üçün geniş seçim imkanı təqdim edirik.
Yükləmə Rampası
Anbar və yükləmə obyektləri üçün nəzərdə tutulmuş yükləmə rampası məhsulları iş prosesinin daha rahat və sürətli aparılmasına kömək edir. Usuplu rampaları davamlı materiallardan hazırlanıb və uzun müddət istifadəyə yararlıdır.
Fasad Konstruksiyaları
Estetik və möhkəm fasad konstruksiyaları ilə binanızın xarici görünüşünü daha müasir və zərif göstərə bilərsiniz. Alüminium fasad sistemləri həm dayanıqlı, həm də enerjiyə qənaət edən bir həll təqdim edir.
Niyə Usuplu?
- Təcrübə: 28 illik fəaliyyət və müştəri məmnuniyyətinə əsaslanan peşəkarlıq.
- Keyfiyyət: Yüksək standartlara uyğun sertifikatlaşdırılmış məhsullar.
- Etibar: Müştərilər arasında etibar qazanmış yerli bazar lideri.
- Müştəri yönümlü yanaşma: Hər bir müştəriyə fərdi həllər təqdim edirik.
- Zəmanət: Bütün məhsullar üçün zəmanət və servis xidməti mövcuddur.
Avtomatik Qapiların Üstünlükləri
Təhlükəsizlik
Avtomatik qapılar və jaluz darvazalar təhlükəsizliyi artırmaq üçün ən müasir texnologiyalarla təchiz olunur. Onlar yalnız evinizin və obyektinizin qorunmasını təmin etmir, həm də hər hansı icazəsiz girişlərin qarşısını alır.
Rahatlıq
Bir düymə ilə idarə olunan avtomatik qapılar və jaluz qapılar, həm istifadə rahatlığı, həm də vaxtınıza qənaət edir. Xüsusilə geniş obyektlər və çox istifadə olunan yerlər üçün bu sistemlər ideal seçimdir.
Davamlılıq
Usuplu məhsulları uzunmüddətli istifadəyə hesablanmışdır. Həm materialların keyfiyyəti, həm də quraşdırma prosesi müştərilərimizin məmnuniyyətini təmin edir.
Avtomatik Jaluz Qapilar Qiymetleri
Usuplu şirkəti müştərilərinə münasib qiymətlərlə yüksək keyfiyyət təqdim edir. Avtomatik jaluz qapılar qiyməti məhsulun xüsusiyyətlərindən və quraşdırma tələblərindən asılı olaraq dəyişir. Jalüz qapılar rəng və materialına, motorlarına görə də fərqli qiymətə quraşdırıla bilər.
Avtomatik Qapılar necə sifariş verilir?
Avtomatik qapılar və avtomatik darvaza sistemləri sifariş vermək üçün qapıların ölçülərini bilmək vacibdir. Bəzən müştərilər hansı avtoamtik qapı növü istifadə etmək lazım olduğunu müəyyən edə bilmirlər. Narahat olmayn, mütəxəssislərimiz sizə kömək edəcəklər. Əgər qapı quraşdırılması barədə qərar vermisizsə o zaman bizə zəng edin. Qısa zamanda ölçüyə gələcəyik və bir neçə günə qapınız hazırdır. Qapınız avtomatikləşdirilməyə uyğundursa o zaman motorlar və digər avadanlıqlar əlavə edərək avtomatik qapıya çevirəcəyik. Qapınızı yoxdursa onu biz düzəldərik.
Usuplu – Azərbaycanın avtomatik qapilar üzrə ən güvənilir seçimi!