1994-cü ildən fəaliyyət göstərən Usuplu MMC-nin müştəriləri ilə bağlı çox sayda hekayələri var. Hər bir məmnun qalmış müştəri bizim başımızın ucalığıdır. Sizin də Usuplu ilə bir hekayəniz varsa aşaöıda yaza bilərsiniz

11 Hekayə var

  1. Həyətimizə avtomatik darvaza axtarırdıq. Bir neçə şirkətlə danışdıq, amma Usuplu ilə danışandan sonra dedik tamam, budur. Həm qiymət normal idi, həm də ustalar çox tez gəlib quraşdırdı. İndi uzaqdan pultla açıb-bağlayırıq, çox rahatdır.
  2. Mən həyət evi jalüz qapı almışdım. Yağış yağaznda, külək əsəndə qapını açmaq olmurdu. Sonra öyrəndim ki, bunun pultla açılanı da olur. usuplu şirkətini tapdım internetdə. İndi əladır, elə evdən düyməni basıram qapı açılır. Uşaqlar deyir çox rahat olub. Adamlar gülərüz idilər, sağ olsunlar.
  3. Məhsul super. Montaj qrupuna təşəkkür edirəm. Hər şey 2 saata bitdi. Qapı da çox keyfiyyətlidir. Tavsiye olunur.
  4. Darvaza almışam. açılıb bağlanır düymə ilə. çox rahatdır. əvvəl əllə zorla itələyirdik, indi bir düyməylə açıram. qardaşım da burdan alıb. çox sağolun.
  5. Açığı əvvəl bir az gecikmə oldu, montaj qrupu bir gün gec gəldi, amma sonra işlərini çox səliqəli gördülər. Qapının hərəkəti səssiz və rahatdır. Jalüz sistemindən çox razıyıq, günəş işığını tam kəsir. Qonşular da maraqlanır.
  6. Mən özüm tikinti işləri görürəm. Artıq 3 villada Usuplu-dan jalüz və darvaza quraşdırmışıq. Müştərilər razı qalır, problem çıxmır. Qiymət və xidmət keyfiyyətinə görə bu şirkətlə işləyirəm.
  7. Əvvəl elə əlimizlə çəkirdik, indi düymə basıram, açılır. Bacımgilnən də burdan almışıq. hələdi heç nəyin zadı xarab olmayıb. pultda da batereya qutaranda zəng vurdum, gətirdilər.
  8. Uşaqlar üçün təhlükəsiz olsun deyə avtomatik qaraj qapısı qoydurduq. Usuplu-nun komandası peşəkar işləyir. Ərim də razı qaldı. İndi rahatlıqla uzaqdan açırıq, bağlayırıq.
  9. Pandmeiya vaxtı həyət üçün qapıya motor qoydurdum. Qapını açan motor qollar 2 il sonra yaxşı işləməməyə başladı. Gücü çatmırdı qapını açmağa. İnternetdın Usuplu şirkətini tapdım. Gəlib baxdılar dedilər ki, bu motor bu qapıya uyğun deyil. Qapı ağırdır və motor gücə düşür. Motoru dəyişdirlər, hələ üstəlik 2 il zəmanət də verdilər. Çox razıyam.
  10. 1 il əvvəl Usuplu şirkətindən həyət evimin qarajı üçün avtomatik qapı almışdım. Qapı jalüz ilə düzəldilmişdi və motoru var idi. Bu yaxınlarda birdən birə motor işləmədi. Şirkətə zəng etdim, sağolsunlar gəlib baxdılar və düzəltdilər. Soruşdum ki, nə qədər pul verməliyəm? Dedilər ki, ehtiyac yoxdur. Xatırlatdılar ki, sizin qapı üçün 2 illik zəmanətiniz var. Həqiqən çox razı qaldım.
  11. Uşaqlar məktəbə gedəndə evdə olmuram. Yeni avtomatik sistem sayəsində qapını uzaqdan telefonla idarə edə bilirəm. Rahatlıq və təhlükəsizlik baxımından çox faydalıdır. Usuplu komandası bu sahədə çox təcrübəlidir.

Hekayənizi yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telefon WhatsApp

Bölmələr